• 28 Sentyabr 2020
logo
Belarusun qızıl-valyuta ehtiyatları avqustda 1,4 mlrd. dollar azalıb

Belarusun qızıl-valyuta ehtiyatları avqustda 1,4 mlrd. dollar azalıb

Bu ilin avqust ayında Belarusun qızıl-valyuta ehtiyatları 15,8% və ya 1,39 mlrd. ABŞ dolları azalaraq 7,45 mlrd. dollar təşkil edib.

"APA-Economics"in Belarus Milli Bankına istinadən verdiyi məlumata görə, ötən ay beynəlxalq ehtiyat aktivlərinin kəskin azalması böyük həcmdə xarici valyutanın hərraclarda satılması ilə əlaqədardır.

Milli Bankın məlumatına əsasən, 2020-ci il üçün pul siyasətinin əsas istiqamətlərinə görə, 1 yanvar 2021-ci il tarixinə beynəlxalq ehtiyat aktivlərinin həcmi ən az 7,3 mlrd. dollar olmalıdır.

Qeyd edək ki, avqust ayında dolların Belarus rubluna qarşı məzənnəsi 8,9% artıb.