• 1 İyul 2025
logo
Azərbaycan qəhvə idxalını azaldıb

Azərbaycan qəhvə idxalını azaldıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycana ümumilikdə 771,44 min ABŞ dolları dəyərində 79,9 ton qovurulmuş kofeinli qəhvə idxal edilib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin təqdim etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 23,8%, həcm ifadəsində isə 17,7% azdır.

Ölkəyə ən çox qovurulmuş kofeinli qəhvə İtaliyadan idxal olunub. Hesabat dövründə Azərbaycan bu ölkədən 300,4 min dollar dəyərində 25,4 ton qəhvə idxal edib. İdxalda ikinci ən yüksək paya Türkiyə sahibdir. Bu ölkədən Azərbaycana 126,8 min dollar dəyərində 20,4 ton qəhvə ixrac olunub.

Bundan əlavə, Rusiya da Azərbaycana əsas qəhvə ixracatçılarının siyahısında var. İtaliya və Türkiyənin ardınca gələn Rusiya bu ilin ilk yarısında Azərbaycana 52,4 min dollar dəyərində 10,1 ton qovurulmuş kofeinli qəhvə ixrac edib.