• 27 İyul 2024
logo
Azərbaycan nefti ucuzlaşır

Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 3-də 43,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,46 dollar/barel azdır.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 42,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,5 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 41,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,5 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 41,57 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,47 dollar/barel azdır.