• 1 Noyabr 2020
logo
Azərbaycanda dövlət strukturları tərəfindən açılan kibertəhlükəsizlik sorğularının sayı artıb

Azərbaycanda dövlət strukturları tərəfindən açılan kibertəhlükəsizlik sorğularının sayı artıb

Bu ilin avqust ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılan sorğuların sayı iyun ayı ilə müqayisədə 20,2% artaraq 351 ədəd təşkil edib.

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən verilən məlumata görə, avqust ayı ərzində mərkəzə daxil olan sorğulardan 98%-nə baxılıb və təmin edilib.

Mərkəzdən verilən məlumata əsasən, avqust ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 5 domen və 23 subdomen qeydiyyatdan keçib.
Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 8 hesabat təqdim edilib.

Ümumilikdə, cari ilin yanvar-avqust aylarının nəticələrinə görə, kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 2933 ədəd təşkil edib. Qeyd olunan dövr ərzində ümumi sorğuların 97,2%-i baxılaraq təmin edilib, müvafiq dövlət qurumlarına 129 hesabat təqdim edilib. Yanvar-avqust ayları ərzində Azərbaycanın internet seqmentində 34 domen və 107 subdomen qeydiyyata alınıb.