• 21 Sentyabr 2020
logo
Masallıda 37 sututarın bərpası yekunlaşmaq üzrədir

Masallıda 37 sututarın bərpası yekunlaşmaq üzrədir

Masallıda 37 sututardan 24-ünün bərpası başa çatıb, digərlərində də işlər yaxın zamanlarda yekunlaşdırılacaq.

Bunu açıqlamasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Rəfael Məmmədov bildirib.

Onun sözlərinə görə, sututarların bərpasının oktyabr ayına yekunlaşacağı gözlənilir:
“Masallı rayonundakı sututarlar sovet dövründə inşa edildiyindən artıq yararsız hala düşmüşdü. Burada təmir-bərpa işləri aparılıb və yaxın vaxtlarda həmin sututarlar yenidən istifadəyə veriləcək. İşlər tam yekunlaşdıqdan sonra ümumilikdə 37 sututarda 8 milyon kub metr su yığılacaq ki, bu da 3230 hektar sahənin suvarılmasını tam təmin edəcək”.