• 26 Sentyabr 2020
logo
Avrozonada pərakəndə satışlar iyulda gözlənilmədən 1,3% azalıb

Avrozonada pərakəndə satışlar iyulda gözlənilmədən 1,3% azalıb

Bu ilin iyul ayında Avrozonada pərakəndə satışların həcmin iyun ayına nisbətən gözlənilmədən 1,3% azalıb.

"APA-Economics" xəbər verir ki, bu barədə "Eurostat" Avropa Statistika Agentliyinin dərc etdiyi məlumatda deyilir.

Analitiklər, əksinə, iyul ayında göstəricinin aylıq nisbətdə 1,5% artacağını gözləyirdi. İllik ifadədə iyulda Avrozonada pərakəndə satışların həcmi 0,4% atıb. Analitiklər isə artımın 3,5% olacağını proqnozlaşdıdırdı.
Avropa İttifaqında pərakəndə satışlar iyulda aylıq ifadədə 0,8% azalıb, illik ifadədə isə 0,7% artıb.

İyul ayında satışlarda illik nisbətdə ən böyük azalma Bolqarıstan (-17,5%), Malta (-8,1%) və Lüksemburqda (-6,1%) qeydə alınıb. Ən güclü artım İrlandiya (+9,1%), Litva (+6,8%) və Niderlandda (+6%) müşahidə olunub.

Avrozonada ərzaq və tütün məhsullarının satışları illik nisbətdə iyul ayında 1,5%, Avropa İttifaqında isə 1,1% artıb. Qeyri-ərzaq məhsullarının illik satışları Avrozonada 0,5%, Avropa İttifaqında isə 1,5% artıb.