• 25 Sentyabr 2020
logo
Bu il Azərbaycanda birrəqəmli inflyasiya səviyyəsi qeydə alınıb

Bu il Azərbaycanda birrəqəmli inflyasiya səviyyəsi qeydə alınıb

Qeyd etmək lazımdır ki, ümumilikdə cari ildə valyuta bazarındakı tarazlıq qorunaraq, inflyasiya gözləntiləri minimum səviyyədə olmuş və birrəqəmli inflyasiya səviyyəsi qeydə alınıb. Bu barədə Maliyyə Nazirliyinin 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir.

2020-ci ilin yanvar-iyul aylarında istehlak qiymətlərinin indeksi (inflyasiya) əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz səviyyəsində qərarlaşıb. 2020-ci ilin yeddi ayı ərzində illik əsasda ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətlərinin artım tempi 5,3 faiz-bənd, qeyri-ərzaq məhsullarının qiymətlərinin artım tempi 1,3 faiz-bənd, ümumilikdə istehlak məhsullarının və xidmətlərin qiymətlərinin artım tempi 1,0 faiz-bənd təşkil edib.

Cari ildə məcmu tələbin daralması, inflyasiya gözləntilərinin aşağı olması şəraitində inflyasiya səviyyəsinin 3,1 faizə bərabər olacağı proqnozlaşdırılır. Qlobal iqtisadiyyatda neft qiymətləri, dünya bazarında ərzaq qiymətlərinin gözləntiləri, pul kütləsinin artım tempi və sair digər amillərin fonunda növbəti ildə inflyasiya göstəricisi mülayim 3,0 faiz, sonrakı üç ildə də 2,7-2,8 faiz ətrafında olacağı proqnozlaşdırılıb.