• 24 Sentyabr 2020
logo
Azərbaycanda xarici investorlar üçün xüsusi sayt və mobil tətbiq hazırlanır

Azərbaycanda xarici investorlar üçün xüsusi sayt və mobil tətbiq hazırlanır

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) tərəfindən hazırlanan "Invest in Azerbaijan" saytı bu ilin sonunadək fəaliyyətə başlayacaq.

Bunu Fondun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər aparılır və qeyd olunan resursun təqdimatı payızın sonu keçiriləcək: "Burada həm sayt, həm də mobil tətbiq olacaq. Mobil tətbiq vasitəsilə investorlar Azərbaycanda investisiya və biznes mühiti haqqında məlumatları əldə edə biləcəklər. Eyni zamanda, investorlar üçün nəzərdə tutulan CRM sistemi yaradılır ki, onun vasitəsilə bütün prosesləri əhatə etmək mümkün olacaq. Yəni əgər investorların hər hansı bir müraciətləri olarsa, onlar bu sistem üzərindən müvafiq orqanlara müraciət edə biləcəklər".