• 23 Oktyabr 2020
logo
Bu ilin 8 ayında sosial təminat növləri üzrə 4 milyard manata yaxın vəsait ödənilib

Bu ilin 8 ayında sosial təminat növləri üzrə 4 milyard manata yaxın vəsait ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar-avqust aylarında ümumilikdə 2 milyon 600 minə yaxın şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım verilib.

Nazirlikdən verilən məlumata görə, həmin sosial təminat növləri üzrə əhaliyə yanvar-avqust aylarında 3,8 mlrd. manatdan çox vəsait ödənilib. Bu da ötən ilin eyni dövrünə nisbətən 25,7% və ya 782,7 mln. manat çoxdur