• 25 Sentyabr 2020
logo
Gələn il Azərbaycan neftinin büdcə qiyməti 35 dollardan götürülüb

Gələn il Azərbaycan neftinin büdcə qiyməti 35 dollardan götürülüb

2021-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti daha mühafizəkar yanaşma əsasında 35 ABŞ dollarına bərabər götürülüb.

Bu barədə Maliyyə Nazirliyinin Azərbaycanın 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir.

Qeyd edək ki, bu göstərici 2020-ci illə müqayisədə eynidir.