• 13 İyul 2025
logo
Azərbaycanda manatla pul bazası son bir ildə 17% artıb

Azərbaycanda manatla pul bazası son bir ildə 17% artıb

Bu ilin avqustun 31-nə Azərbaycanda manatla pul bazası 11 907,5 mln. manat təşkil edib ki, bu göstərici son bir ay ərzində 230,6 mln. manat və ya 2% artıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, cari ilin əvvəlindən bu göstərici 245 mln. manat və ya 2% azalıb, ötən ilin analoji dövrü ilə müqayisədə isə bu göstərici 1 749,9 mln. manat və ya 17,2% artıb.

Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.