• 27 İyul 2024
logo
AMB-nin bugünkü hərracında bankların valyutaya tələbi azalıb

AMB-nin bugünkü hərracında bankların valyutaya tələbi azalıb

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, hərracda tələb 63,7 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (27 avqust 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 1,1 mln. dollar və ya 1,7% azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.