• 23 Oktyabr 2021
logo
ARDNF-in dövlət büdcəsinə builki transfertinin yuxarı həddi 9,6% artırılıb

ARDNF-in dövlət büdcəsinə builki transfertinin yuxarı həddi 9,6% artırılıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu il dövlət büdcəsinə yönəldəcək transfertin yuxarı həddi 9,6% artırılıb.

Bu barədə "Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 906 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərmanında deyilir.

Qeyd olunub ki, əgər bundan öncə 2020-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi 11 350 000,0 min manat təşkil edirdisə, dəyişikliyə əsasən bu göstərici 1 089 910,3 min manat və ya 9,6% artırılaraq 12 439 910,3 min manata çatdırılıb.

Xatırladaq ki, fərmana edilmiş dəyişikliklərə əsasən, Neft Fondunun 2020-ci il büdcəsinin gəlirləri 12 384 88,2 min manatdan 7 832 893,4 min manata endirilib, xərcləri isə 11 589 910,3 min manatdan 12 439 910,3 manata qaldırılıb.