• 18 Oktyabr 2021
logo
KfW-nin Azərbaycandakı layihələri çərçivəsində keçirilən tenderlərin qalibi müəyyənləşib

KfW-nin Azərbaycandakı layihələri çərçivəsində keçirilən tenderlərin qalibi müəyyənləşib

"Azərsu" ASC Almaniya İnkişaf Bankı (KfW) ilə birgə maliyyələşdirilən layihə çərçivəsində Şəki və Gəncə şəhərlərinin bir hissəsində su və kanalizasiya sisteminin tikintisi üzrə qurulacaq sistemin dayanıqlı istismarı və texniki xidmətin təmin edilməsi məqsədilə layihənin hökumət payı iştirakı hesabına "Şəki Sukanal" TSC və "Gəncə Sukanal" TSC-nin İqtisadi Planının hazırlanması xidmətlərinə dair keçirilən tenderlərin qalibini müəyyənləşdirilib.

"APA-Economics"in "Elektron satınalma" portalına istinadən verdiyi məlumata görə, tender komissiyasının qərarına əsasən, ASC-nin elan etdiyi tenderlərin qalibi “Steel Design” QSC seçilib. Bu şirkətlərlə ümumi dəyəri 93,3 min manat təşkil edən müqavilələr imzalanıb.