• 16 Oktyabr 2021
logo
“Rolls-Royce” rekord həddə zərərə uğrayıb

“Rolls-Royce” rekord həddə zərərə uğrayıb

Böyük Britaniyanın tanınmış “Rolls-Royce” (RR) şirkəti bu ilin birinci yarısında rekord həddə - 5,1 milyard funt məbləğində (vergi nəzərə alınmır) maliyyə itkisi ilə üzləşib.

“Report” RR-nin hesabatına istinadən xəbər verir ki, hazırda istehsalın ən böyük dəyişikliyini həyata keçirən şirkət ötən gün Böyük Britaniyada 3 min iş yerini ixtisar etmək üçün Nottigamşir və Lankaşir qəzalarındakı müəssisələrini bağlayacaqlarını açıqlayıb.

Bütövlükdə, koronavirus pandemiyası üzündən təyyarə bazarındakı dəyişikliklərə uyğunlaşmaq üçün dünya üzrə əməkdaşlarının 17 faizini, yəni 9 minini ixtisar etməyə hazırlaşan şirkət bununla da illik 1,3 milyard funt vəsaitə qənaət etməyi hədəfləyir.