• 1 İyul 2025
logo
Azərbaycan-ABŞ ticarət əlaqələrinin genişləndirilməsinə dair seminarlar keçiriləcək

Azərbaycan-ABŞ ticarət əlaqələrinin genişləndirilməsinə dair seminarlar keçiriləcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı sahibkarların Azərbaycan məhsullarını Amerika bazarlarına daha rahat çıxara bilməsi məqsədilə Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azerbaijan”) və Amerikanın “MITA – Full Service Marketplace Agency” ilə birgə mərhələli seminarlar keçirəcək.

Mərkəzdən “APA-Economics”ə verilən məlumata görə, seminarlarda iştirakçılarla Amerika bazarının tələblərinə uyğun olaraq bazar araşdırmasının aparılması, məhsul seçimi, bazara giriş strategiyası, logistika üzrə tərəfdaşın müəyyənləşdirilməsi, məhsulların sertifikatlaşdrılması, gömrük prosedurlarının həyata keçirilməsi, məhsulların “Amazon”, “WallMart” və digər platformalar vasitəsi ilə satışa çıxarılması, həmçinin, Amerikada şirkətin təsis olunması, bank və vergi prosedurlarının planlaşdırılması kimi mövzularda müzakirələr aparılacaq.

Seminarlar 2, 4, 7 və 9 sentyabr tarixlərində onlayn olaraq həyata keçiriləcək.
Seminarlar əsasən ABŞ-ın “MITA – Full Service Marketplace Agency”nin təsisçisi Deniz Ölmez və “Bacak LLC”-nin təsisçisi, maliyyə məsələləri üzrə ekspert Ozan Bacak tərəfindən Türk dilində keçiriləcək.