• 16 Oktyabr 2021
logo
Azərbaycanda bankların xarici öhdəlikləri azalıb

Azərbaycanda bankların xarici öhdəlikləri azalıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəlikləri cari il avqsutun 1-nə 1 419,5 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, bu, son bir ayda 52,3 mln. manat və ya 3,6% azdır.

Hesabata əsasən, bankların xarici öhdəliklərin həcmində ilin əvvəlinə nisbətən 226,1 mln. manat və ya 13,7%, ötən il avqustun 1-i ilə müqayisədə isə 51,7 mln. manat və ya 3,5% azalma qeydə alınıb.