• 22 Oktyabr 2021
logo
Azərbaycan bank sektorunun aktivləri ilin əvvəlindən 7% azalıb

Azərbaycan bank sektorunun aktivləri ilin əvvəlindən 7% azalıb

Azərbaycanda bank sektorunun aktivləri ilin əvvəlindən 6,8% azalaraq bu il avqust ayının 1-nə 30 503,5 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, bu müddətdə müştərilərə verilən kreditlərin həcmi də 14 900,9 mln. manatdan 14 204,5 mln. manata enib.

Bank sektorunun cəmi öhdəlikləri ilin əvvəlindən 8,1% azalaraq cari il avqustun 1-nə 25 848,1 mln. manat təşkil edib. Bu müddətdə depozit portfeli( maliyyə institutları istisna olmaqla) 21 326,7 mln. manatdan 19 367,4 mln. manata azalıb. Portfelin 7 675,4 mln. manatını fiziki şəxslərin depozitləri əhatə edib. Hesabata əsasən, fiziki şəxslərin depozitlərinin həcmində ilin əvvəlinə nisbətən 9,8% azalma qeydə alınıb.

Cari il avqust ayının 1-nə bank sektorunun cəmi kapitalı 4 655,3 mln. manat təşkil edib. Bu isə ilin əvvəlinə nisbətən 1,6% çoxdur.