• 16 Yanvar 2021
logo
Azərbaycan əhalisinin banklardakı əmanətləri artıb

Azərbaycan əhalisinin banklardakı əmanətləri artıb

Bu ilin avqust ayının 1-nə Azərbaycan əhalisinin ölkə banklarındakı əmanətlərinin həcmi 7 774,2 mln. manat təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, ölkə əhalisinin banklardakı əmanətləri son bir ayda 67,8 mln. manat və ya 0,9% artıb.

Cari ilin əvvəlinə nisbətən bu göstərici 863,7 mln. manat və ya 10%, son bir ildə isə 805,8 mln. manat və ya 9,4% azalıb.