• 16 Oktyabr 2021
logo
Bakıda sənaye istehsalı 1,7% azalıb

Bakıda sənaye istehsalı 1,7% azalıb

Bu ilin yanvar-iyul aylarında Bakıda sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7% azalaraq 17,2 mlrd. manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, sənaye məhsulunun 74,5%-i mədənçıxarma, 22,6%-i emal, 2,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 78,5% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 85,4%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 14,6% təşkil edib. İstehsal edilən məhsulun böyük hissəsi istehlakçılara göndərilən, əvvəlki dövrlərdə yaranan ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 avqust 2020-ci il tarixinə 297,9 mln. manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulan 87,4 mln. manat məbləğində digər məhsullar da mövcud olub.