• 20 Oktyabr 2021
logo
Azərbaycan rabitə administrasiyası RRB-nin Radio Verilişləri üzrə İşçi Qrupunun iclasında təmsil olunub

Azərbaycan rabitə administrasiyası RRB-nin Radio Verilişləri üzrə İşçi Qrupunun iclasında təmsil olunub

Azərbaycan rabitə administrasiyası Regional Rabitə Birliyinin (RRB) Radio Verilişləri üzrə İşçi Qrupun və Layihə Qrupunun 470-694 MHz tezlik diapazonunda "Cenevrə-06" Rəqəmsal Yerüstü Televiziya Yayım Planına əlavə kanallar üçün təkliflərin hazırlanması üzrə birgə iclasında iştirak edib.

RRB-dən verilən məlumata görə, avqustun 21, 24 və 25-də onlayn formatda təşkil olunan iclasda Azərbaycan, Belarus, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Ermənistan rabitə idarələrinin 27 nümayəndəsi iştirak edib.

İştirakçılar, RRB-yə üzv ölkələrdə rəqəmli səs və yerüstü televiziya yayımının tətbiqi ilə bağlı təcrübə və məlumat mübadiləsi apardılar, 470-960 MHz tezlik diapazonunda yerüstü televiziya yayımı üçün spektr istifadəsi və spektr tələbləri nəzərdən keçiriblər.

İclas iştirakçıları, həmçinin RRB-in 53-cü Rabitə Administrasiya Rəhbərləri Şurasının RRB üzvü olan ölkələrdə 694-790 MHz tezlik diapazonundan istifadəsinə dair qərarlarının icrası məsələsini nəzərdən keçiriblər.

Gündəlikdəki aktual məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.