• 6 İyul 2025
logo
Banklar bugünkü valyuta hərracında 64,8 mln. dollar cəlb edib

Banklar bugünkü valyuta hərracında 64,8 mln. dollar cəlb edib

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-dən verilən məlumata görə, hərracda tələb 64,8 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (20 avqust 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 4,0% və ya 2,5 mln. dollar artıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.