• 24 Oktyabr 2021
logo
Azərbaycan bu il Türkiyəyə ən çox qaz ixrac edən ölkə olub

Azərbaycan bu il Türkiyəyə ən çox qaz ixrac edən ölkə olub

Türkiyə bu ilin ilk yarısında miqdar ifadəsində ən çox təbii qazı – 5 444,099 mln. kubmetr – Azərbaycandan idxal edib.

"APA-Economics"in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Azərbaycandan alınan qazın miqdarı ötən illə müqayisədə 23,4% artıb. Müsbət dinamikaya Trans- Anadolu Qaz Boru Kəmərindən qaz miqdarının artması da təsir edib.

Digər tərəfdən, eyni dövrdə Rusiyadan idxal edilən qazın miqdarı 41,5% azalaraq 4 678,066 mln. kubmetrə çatıb. Ötən ilin eyni dövründə Rusiyadan 7 993,086 mln. kubmetr qaz idxal edilib və Rusiya Türkiyəyə ən çox qaz idxal edən ölkə olub.

Bu ilin birinci yarısında İrandan alınan təbii qazın miqdarı 46% azalaraq 2,029 mlrd. kubmetr səviyyəsinə enib. Aprel, may və iyun aylarında Türkiyə İrandan təbii qaz almayıb.