• 29 Oktyabr 2021
logo
Dövlət rabitə operatoru OTT xidmət təminatçisini cəlb edib

Dövlət rabitə operatoru OTT xidmət təminatçisini cəlb edib

Azərbaycanın dövlət rabitə operatoru - "Aztelekom" MMC tələb olunan IPTV/ OTT ("Over the Top" – real vaxt rejimində media məzmununun çatdırma texnologiyası – red.) xidmətinin satınalınmasına dair keçirilən tenderin qalibini müəyyənləşdirib.

"APA-Economics"in "Elektron satınalma" portalına istinadən verdiyi məlumata görə, tender komissiyasının qərarına əsasən, "Aztelekom"un elan etdiyi tenderin qalibi “Konnekt” MMC seçilib. Bu şirkətlərlə ümumi dəyəri 165 min manatdan çox təşkil edən müqavilə imzalanıb.