• 4 İyul 2025
logo
Fiziki şəxslər tərəfindən Azərbaycana idxal 4% artıb

Fiziki şəxslər tərəfindən Azərbaycana idxal 4% artıb

Bu ilin yanvar-iyul ayları ərzində fiziki şəxslər tərəfindən Azərbaycana 523 251 min ABŞ dolları dəyərində mal idxal olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabata əsasən apardığı hesablamalara görə, fiziki şəxslər tərəfindən idxalın dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,1% artıb.

Hesabat dövründə bu kateqoriyadan idxalın ölkənin cəmi idxalında xüsusi çəkisi 8,87% təşkil edib.

Bu müddətdə fiziki şəxslər tərəfindən həyata keçirilən ixracın həcmi isə 35 973,05 min dollar olub ki, bu da, öz növbəsində, illik müqayisədə 5,1% çoxdur. İxracın cəmi 0,4%-i məhz bu şəxslər tərəfindən həyata keçirilib.