• 1 İyul 2025
logo
Azərbaycanda bu il hər bir ölkə sakini istehlak bazarında orta hesabla ayda 367 manat xərcləyib

Azərbaycanda bu il hər bir ölkə sakini istehlak bazarında orta hesabla ayda 367 manat xərcləyib

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 25,6 mlrd. manat olmaqla 2019-cu ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 7,3% azalıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə 7% azalaraq 24,7 mlrd. manata bərabər olub ki, onun 48,4%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

"Hesabat dövründə istehlak bazarında bir istehlakçı orta hesabla ayda 367,4 manat və ya 2019-cu ilin eyni dövrünün göstəricisindən nominal ifadədə 20,3 manat az vəsait xərcləyib", - deyə Komitədən bildirilib.