• 22 Oktyabr 2021
logo
Naxçıvanda əsas kapitala yönələn vəsaitin həcmi artıb

Naxçıvanda əsas kapitala yönələn vəsaitin həcmi artıb

Bu ilin yanvar-iyul aylarında vəsait qoyuluşları çərçivəsində Naxçıvan Muxtar Respublikasında bütün maliyyə mənbələrindən əsas kapitala 594,96 mln. manatdan çox vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricidən 1,3% çoxdur.

Naxçıvan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin yeddi ayında əsas kapitala yönəldilən vəsaitin 568,78 mln. manatdan çoxu və ya 95,6%-i tikinti-quraşdırma işlərinin payına düşüb.