• 22 Yanvar 2021
logo
Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları azalıb

Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları azalıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 65,3 mln. ton yük, 700 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 21,5% və 28,8% azalıb.

Məlumata əsasən, hesabat dövründə sərnişinlərin 96,2% avtobus, 3,8% isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Yük dövriyyəsi 35,8%, sərnişin dövriyyəsi isə 24,9% azalıb.