• 16 Oktyabr 2021
logo
Azərbaycanda geyim istehsalı 16% artıb

Azərbaycanda geyim istehsalı 16% artıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 220 mln. manat dəyərində məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə geyim istehsalında 15,8%, toxuculuq sənayesində 0,4% artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 13,2% azalma müşahidə olunub.

Bu ilin yeddi ayında 38 758,9 ton pambıq lifi və 16 222,1 min kv. metr hazır pambıq parçalar buraxılıb ki, bu da 2019-cu ili analoji dövrü ilə müqayisədə müvafiq olaraq 14,5% az və 52,7% çoxdur.