Bu ilin yanvar-iyul ayları ərzində Gürcüstan Azərbaycandan 2 697,1 min ABŞ dolları dəyərində 441,8 ton çay idxal edib.
Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.
Bildirilib ki, Azərbaycandan idxal olunan məhsulun dəyəri illik ifadədə 160,9 min dollar və ya 6,3%, həcmi isə 28,8 ton və ya 7% artıb. Belə ki, ötən ilin yanvar-iyul ayları ərzində isə Gürcüstan Azərbaycandan 2 536,2 min dollar dəyərində 413 ton çay idxal edib.