• 25 Yanvar 2021
logo
Karantin müddətində OTT üzərindən məzmun istehlakı 40% artıb

Karantin müddətində OTT üzərindən məzmun istehlakı 40% artıb

Bu ilin ikinci rübündə OTT üzərindən xəbər və əyləncə məzmunu istehlakında 40% artım qeydə alınıb. “APA-Economics” “Brightcove”un hazırladığı “Global Video Index Entertainment and Media Edition” hesabatına istinadən xəbər verir ki, cari ilin ilk rübündə artım 23% təşkil edib.

Yarım illiyə gəlincə, 2019-cu ilin eyni dövrü ilə müqayisədə, bu ilin yanvar-iyun aylarında OTT xidmətləri vasitəsilə xəbər və əyləncə məzmunu istehlakı 30% artıb.

OTT-nin populyarlığı sayəsində “Netflix”in abunə bazası ikinci rübdə 26 mln., “Disney +”un isə 54,5 mln. artıb.

OTT məzmunu istehlakının pik həddi bu ilin aprelində qeydə alınıb. Ötən ilin aprel ayı ilə müqayisədə artım 3% təşkil edib. Həmçinin apreldə televizor, smartfon, planşet və kompüter istifadəçiləri arasında istehlak artımı 80%-i üstələyib. May ayında artım 39%, iyun ayında isə 53% olub.