• 16 Oktyabr 2021
logo
Gürcüstan Azərbaycana iribuynuzlu mal-qara ixracını 46% azaldıb

Gürcüstan Azərbaycana iribuynuzlu mal-qara ixracını 46% azaldıb

Bu ilin yanvar-iyul ayları ərzində Gürcüstan Azərbaycana 2 503 min ABŞ dolları dəyərində 1 400,8 ton canlı iribuynuzlu mal-qara ixrac edib.

Xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, Azərbaycana ixrac olunan məhsulun dəyəri illik ifadədə 1 582 min dollar və ya 38,7%, həcmi isə 1 206,7 ton və ya 46,2% azalıb. Belə ki, ötən ilin yanvar-iyul ayları ərzində Gürcüstan Azərbaycana 4 085 min dollar dəyərində 2 607 ton canlı iribuynuzlu mal-qara ixrac edib.