• 13 İyul 2025
logo
Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalını 35% azaldıb

Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalını 35% azaldıb

Bu ilin yanvar-iyul ayları ərzində Gürcüstan Azərbaycandan 21 689,3 min ABŞ dolları dəyərində elektrik enerjisi idxal edib.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, Azərbaycandan idxal olunan elektrik enerjisinin dəyəri illik ifadədə 9 899,7 min dollar və ya 31,3% azalıb. Belə ki, 2019-cu ilin ilk 7 ayında Gürcüstanın Azərbaycandan idxal etdiyi elektrik enerjisinin dəyəri 31 589 min dollar təşkil edib.

Gürcüstan Elektrik Enerjisi Sistemi Kommersiya Operatorunun (ESCO) hesabatına əsasən, Gürcüstan cari ilin yanvar-iyul ayları ərzində Azərbaycandan 416,514 mln. kV-saat elektrik enerjisi idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 224,854 mln. kV-saat və ya 35% azdır.