• 17 Oktyabr 2021
logo
İşçilərinin sayında ciddi azalmalara yol verən vergi ödəyicilərinə maliyyə dəstəyi göstərilməsindən imtina edilib

İşçilərinin sayında ciddi azalmalara yol verən vergi ödəyicilərinə maliyyə dəstəyi göstərilməsindən imtina edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən pandemiyadan zərər çəkən sahələrdə çalışan vergi ödəyicilərinin muzdlu işçilərinə ikinci maliyyə dəstəyi proqramı çərçivəsində ödənişlə əhatə olunan muzdlu işçilərin sayı birinci mərhələdə vəsait alan muzdlu işçilərin sayından 12177 nəfər çoxdur ki, bu da şəffaflaşdırma nəticəsində əmək müqavilələri bağlamış işçi saylarının artması ilə əlaqədardır.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, 2-ci mərhələ çərçivəsində 228 175 muzdlu işçini əhatə edən 22 603 vergi ödəyicisinin bank hesablarına ilkin olaraq 50,38 mln. manat köçürülüb.

Bununla yanaşı, aprel-may-iyun ayları ərzində işçilərinin hamısını (1666 nəfər) ixtisar etmiş 553 vergi ödəyicisinə və işçilərinin sayında ciddi azalmalara yol vermiş 374 vergi ödəyicisinə maliyyə dəstəyi göstərilməsindən imtina edilib.

İndiyədək maliyyə dəstəyi proqramları çərçivəsində 107 191 fərdi (mikro) sahibkara 76 mln. manat məbləğində birdəfəlik maliyyə dəstəyi göstərilib.