• 18 Oktyabr 2021
logo
Banklar bugünkü valyuta hərracında 58,9 mln. dollar cəlb edib

Banklar bugünkü valyuta hərracında 58,9 mln. dollar cəlb edib

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-dən verilən məlumata görə, hərracda tələb 58,9 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (13 avqust 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 0,7% və ya 0,4 mln. dollar azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.