• 28 Sentyabr 2020
logo
Bu ilin ilk yarısında BTC kəməri ilə 462 mln. tondan çox xam neft nəql edilib

Bu ilin ilk yarısında BTC kəməri ilə 462 mln. tondan çox xam neft nəql edilib

2020-ci ilin ikinci rübünün sonunadək Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə ümumilikdə 462 mln. tondan çox (3,47 mlrd barel) xam neft nəql edilib və Ceyhanda 4526 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

BP-dən verilən məlumata görə, iki rüb ərzində isə BTC vasitəsilə təqribən 15 mln. ton (113 mln bareldən artıq) xam neft və kondensat ixrac olunub və Ceyhanda 145 tankerə yüklənib.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.
Qeyd edək ki, 2020-ci ilin birinci yarısında BTC üzrə əməliyyat xərclərinə təqribən 48 mln. dollar, əsaslı xərclərə isə təqribən 14 mln. dollar xərclənilib.