• 24 Aprel 2024
logo
Hərracda AMB-nin notlarına tələb təklifi üstələyib

Hərracda AMB-nin notlarına tələb təklifi üstələyib

Bu gün Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (AMB) 50100783S dövlət qeydiyyat nömrəli, 200 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“APA-Economics”in birjaya istinadən verdiyi xəbərə görə, hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 99.4782 AZN (6.74%) və 99.5158 AZN (6.26%) olan 21 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 629 353 300 AZN olub.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5158 AZN (6.26%), orta ölçülmüş qiyməti 99.5158 AZN (6.26%) müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 mln. manat təşkil edib.

Notların ödəmə tarixi 09.09.2020-ci ildir.