• 19 Mart 2024
logo
DGK xətti ilə büdcə daxilolmaları 5%-dək azalıb

DGK xətti ilə büdcə daxilolmaları 5%-dək azalıb

Bu ilin yanvar-iyul ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 360 037,2 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,8% azdır.

Komitədən verilən məlumata görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 4,7% azalaraq 568 566,1 min manat təşkil edib.

ƏDV üzrə daxilolmalar isə 0,1% azalaraq 1 691 438,1 min manata bərabər olub. Aksizlər üzrə cari ilin yeddi ayı ərzində daxilolmalar 51,7% azalaraq 78 489,2 min manat təşkil edib. Yol vergisi üzrə daxilolmaların həcmi 21 543.8 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 16,8% azdır.

Bu ilin iyul ayında Komitəsinin xətti ilə dövlət büdcəsinə 340210,8 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 17,7% az, bu ilin iyun ayı ilə müqayisədə isə 5,1% çoxdur.

Bu ilin iyul ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 25,5% azalaraq 84126,3 min manat olub. Bu ilin iyun ayı ilə müqayisədə isə bu göstərici 2,1% azalıb.

Həmçinin, cari ilin iyul ayı ərzində ƏDV üzrə daxilolmalar ötən ilin eyni ayı ilə müqayisədə 10,3% azalaraq 241428,2 min manat (bu ilin iyun ayı ilə müqayisədə 8,4% çox), aksizlər üzrə 53,4% azalaraq 11816,0 min manat (iyun ilə müqayisədə 3% az), yol vergisi üzrə daxilolmalar isə 50,5% azalaraq 2840,3 min manat (iyun ilə müqayisədə 5,1% az) təşkil edib.