• 18 Aprel 2024
logo
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub

Rafail Quliyev Kənd Təsərrüfatı Naziriyinin (KTN) Aparat rəhbəri təyin edilib.

Buna qədər o, KTN-nin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, Rafail Quliyev 1967-ci ildə Biləsuvar rayonunda anadan olub. 1988-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Aqronomluq” fakültəsini bitirib. Uzun illər kənd təsərrüfatı sahəsində çalışıb.
2016-2018-ci illərdə Biləsuvar Kənd Təsərrüfatı İdarəsinin (Dövlət Aqrar İnkişaf Mərkəzi) rəisi olub. 2018-ci ilin sentyabrın 3-də Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Ailəlidir, 4 övladı var.

Kənd Təsərüffatı Nazirliyindən məlumatı təsdiqləyiblər.