• 19 Yanvar 2021
logo
Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Avqustun 6-da Amerika fond bazarında Dow Jones indeksi 0,68% – 27,386.98 bəndədək, S&P 500 indeksi 0,64% – 3,349.16 bəndədək, Nasdaq indeksi isə 1% – 11,108.07 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında avqustun 6-da FTSE 100 indeksi 1,27% – 6,026.94 bəndədək, Fransa CAC-40 indeksi 0,98% – 4,885.13 bəndədək, Almaniya DAX-ı isə 0,54% – 12,591.68 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,57% artaraq 2 056 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,1% artaraq 1,1876 dollar təşkil edib.