• 22 Oktyabr 2021
logo
İyulda ödənilən pensiya, müavinət və təqaüd, ünvanlı sosial yardımın həcmi açıqlandı

İyulda ödənilən pensiya, müavinət və təqaüd, ünvanlı sosial yardımın həcmi açıqlandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayında ümumilikdə 2 milyon 300 min şəxsə sosial təminat növləri üzrə ödənişlər həyata keçirilib.

Nazirlikdən verilən məlumata görə, onlardan 1 milyon 260 min nəfərinə pensiya, 423 min nəfərinə müavinət, 298 min nəfərinə təqaüd, 350 min nəfərinə (85 min ailə) ünvanlı dövlət sosial yardımı ödənilib.

İyul ayında qeyd edilən sosial təminat növləri üzrə ödəniş alanların sayı 2019-cu ilin iyul ayı ilə müqayisədə 3,3% və ya 73 min nəfər çox olub.