• 27 İyul 2024
logo
BNA: Pik saatlarında ekspress xətlər üzrə ehtiyat avtobuslar ayrılacaq

BNA: Pik saatlarında ekspress xətlər üzrə ehtiyat avtobuslar ayrılacaq

“Axşam pik saatlarında sərnişin axınını idarə etmək üçün ekspress xətlər üzrə ehtiyat avtobuslar cəlb edilib”.

Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Facebook”da yazıb.

Onun sözlərinə görə, ehtiyat avtobuslar əsasən ən çox tələbat olan istiqamətlərdə - metronun “28 May”, “Nizami”, “Elmlər Akademiyası”, “”20 Yanvar” və “İçərişəhər” stansiyaları istiqamətində toplanıb: "Eyni qaydada səhər pik saatlarında tələbat olan istiqamətlərdə qabaqlayıcı tədbirlər görülür".