• 26 Sentyabr 2020
logo
Nazir: “Cəmi azalmaların 890 milyon manat olacağı gözlənilir”

Nazir: “Cəmi azalmaların 890 milyon manat olacağı gözlənilir”

“Pandemiyanın iqtisadiyyata mənfi təsirlərin azalması istiqamətində ölkə prezidenti İlham Əliyev tərəfindən qabaqlayıcı tədbirlərin görülməsinə dair müvafiq addımlar atılıb”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, bütün tədbirlərin əsas qayəsi pandemiya səbəbindən qaçılmaz olan iqtisadi zəifləmə proseslərinin qarşısını bir qədər almaqdır: “Vaxtında qəbul edilmiş qərarlar, tədbirlərin icrası ölkə iqtisadiyyatında baş verən neqativ proseslərin dərinləşməsinin qarşısını aldı. Bununla belə, cari ilin ikinci yarısı üçün müəyyən təhlükələr var. Əsasən neft və qeyri-neft sektorundan mədaxilin azalması gözlənilir. Bununla yanaşı, gömrük rüsumları və idxalda ƏDV üzrə 170 milyon manat məbləğində azalma olacaq. Cəmi azalmalar 890 milyon manat məbləğində qiymətləndirilir”.