• 19 Aprel 2024
logo
Fərid Şəfiyev: “ABŞ-ın Cənubi Qafqaza marağı azalmaqdadır”

Fərid Şəfiyev: “ABŞ-ın Cənubi Qafqaza marağı azalmaqdadır”

“Cənubi Qafqaz regionu uzun illər Rusiyanın təsir dairəsində olub. ABŞ və Avropa İttifaqının bölgəyə maraq göstərdiyinə şahidik. Çini də unutmaq olmaz”.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) ABŞ-dakı tərəfdaşı olan Xəzər Siyasi Mərkəzinin “Beyin Mərkəzlərinin Forumu: ABŞ və Xəzər regionu” adlı vebinarda BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O bildirib ki, ABŞ-ın Cənubi Qafqaz regionuna marağı azalmaqdadır: “Bu meyl hələ bir müddət davam edəcək. Bu, Donald Tramp administrasiyası ilə bağlı olan məsələ deyil. Biz bunu Obama administrasiyası dövründən görürük”.

F. Şəfiyev iyulun 12-də Ermənistanın Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlar barədə də danışıb.

BMTM sədri qeyd edib ki, sərhəddə baş verənlər sülh və enerji təhlükəsizliyinə ciddi təhdiddir.