• 26 Aprel 2024
logo
Fermerlərin EKİTS-dən istifadə imkanları genişlənib

Fermerlərin EKİTS-dən istifadə imkanları genişlənib

"Elektron kənd təsərrüfatı” informasiya sisteminə (EKTİS) daxil edilən və ötürülən məlumatların əhatə dairəsi genişlənib.

Bu, Prezident İlham Əliyev fərmanı ilə təsdiq edilmiş Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsullarının yetişdirildiyi istixanalar, saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları barədə məlumatlar də EKİTS-ə daxil ediləcək.

Eyni zamanda fermerlərin EKİTS-dən istifadə imkanları genişlənib.

Fermerlər artıq kənd təsərrüfatı məhsullarını yetişdirdiyi istixanalar barədə məlumatları EKTİS-də müəyyən edilmiş hesabat forması üzrə daxil edəcəklər.

Həmçinin tədarükçü fermerdən tədarük etdiyi məhsulları saxlamaq üçün istifadə etdiyi soyuducu anbarlar və taxıl elevatorları barədə məlumatları EKTİS-də müəyyən edilmiş hesabat formasına uyğun olaraq daxil etməlidir.