Bu ilin II rübündə Almaniya iqtisadiyyatı rüblük müqayisədə rekord 10,1% azalıb. Almaniya iqtisadiyatının rüblük dinamikası 1970-ci ildən hesablanır.
"APA-Economics"in “Reuters”ə istinadən verdiyi məlumata görə, belə kəskin enişin əsas səbəbləri COVID-19 pandemiyası ilə bağlı biznes investisiyiları və ixracın azalması olub.
Ötən ilin eyni rübü ilə isə müqayisədə Almaniyada ÜDM-i 11,7% azalıb.