• 14 Fevral 2025
logo
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 27-də 43,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,62 dollar/barel azdır.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 42,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,61 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 41,47 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,76 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 42,1 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,1 dollar/barel azdır.