• 14 Fevral 2025
logo
KİV: Benzin Avropa və MDB ölkələri arasında ən çox Azərbaycanda ucuzlaşıb

KİV: Benzin Avropa və MDB ölkələri arasında ən çox Azərbaycanda ucuzlaşıb

Bu ilin birinci yarısında Avropa və MDB ölkələrinin böyük əksəriyyətində benzinin qiyməti 2019-cu illə müqayisədə düşüb. Maksimal azalma isə Azərbaycanda qeydə alınıb.
“APA-Economics”in Belarus mətbuatına istinadən verdiyi məlumata görə, bu ilin birinci yarısında Azərbaycanda benzin 28% ucuzlaşıb.
“Avropanın əksər ölkələrində benzinin qiyməti 2020-ci ilin birinci yarısında düşsə də, Belarusda qiymət artımı qeydə alınıb”, - deyə məlumatda qeyd edilib.
Benzin qiymətində ən yüksək azalma templəri qeydə alınan ölkələr sırasında Ukrayna (15,4%) və Rumıniya da (14%) var.
Xatırladaq ki, bu ilin birinci yarısı ərzində Azərbaycanda “Aİ-95” (Premium) markalı benzinin qiyməti orta hesabla 0,3 manat enib (1,5 manatdan 1,2 manatadək).
Qeyd edək ki, sözügedən benzin markası ölkədə istehsal edilmir və ixrac olunur.