• 22 İyun 2025
logo
Azərbaycanın Türkiyədən sement idxalı azalıb

Azərbaycanın Türkiyədən sement idxalı azalıb

2020-ci ilin yanvar-iyun aylarında Türkiyədən Azərbaycana sement ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,42 faiz azalaraq 16,968 milyon dollar təşkil edib.
Bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
İyun ayında Türkiyə Azərbaycana 2,91 milyon dollar məbləğində sement ixrac edib ki, bu da ötən ilin iyunu ilə müqayisədə 10,48 faiz çoxdur.
2020-ci ilin yanvar-iyun aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq 1,718 milyard dollara bərabər olub.
Hesabat dövründə Türkiyənin sement ixracı ümumi ixracın 2,3 faizini təşkil edib.
Son 12 ay ərzində (iyun 2019-cu il – iyun 2020-ci il) Türkiyə 3,498 milyard dollar məbləğində sement ixrac edib.