Rusiyanın Stavropol vilayəti bu il Azərbaycana 59 mln. ABŞ dollarından artıq aqro-sənaye kompleksi məhsulları ixrac edib.
“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Azərbaycana göndərilən məhsulun böyük hissəsini taxıl təşkil edib.
Məlumata əsasən, Azərbaycan vilayətin aqro-sənaye kompleksi məhsullarını ixrac etdiyi ölkələr arasında liderdir. Azərbaycandan sonra bu siyahıda Çin, Gürcüstan, Səudiyyə Ərəbistanı və Ukrayna qərarlaşıb.
Hazırda Stavropol vilayəti öz aqro-sənaye kompleksi məhsullarını 50-dən çox ölkəyə ixrac edir.